Ferstappen Formula 1 Avstriya Qran-Prisində sprint yarışının qalibi olub
Bakı, 1 iyul, AZƏRTAC
“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə dünya çempionatının 9-cu raundunda - Avstriya Qran-Prisində sprint yarışında qalib gəlib.
AZƏRTAC xəbər verir ki, ikinci yeri onun komanda yoldaşı meksikalı Serxio Peres tutub. “Ferrari” komandasının ispaniyalı pilotu Karlos Sayns üçüncü olub.
Bu mövsüm sprint əsas yarış üçün təsnifat deyil. Dünya çempionatı cədvəlindəki xalları sprintin sonunda ilk səkkiz yeri tutan idmançılar alır. Qalib səkkiz xal qazanır, səkkizinci olan bir xal qazanır.
Dünya çempionatının ümumi hesabında Ferstappen liderliyini möhkəmləndirib, hollandiyalı 203 xal toplayıb. Peres 133 xalla ikinci, Aston Martin komandasının üzvü Fernando Alonso isə 121 xalla üçüncüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]