Fevralın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gecə və səhər bəzi yerlərdə az qar yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 7-10° şaxta, gündüz 0-3° şaxta, Bakıda gecə 7-9° şaxta, gündüz 1-3° şaxta olacaqdır.
Atmosfer təzyiqi normadan xeyli yüksək 780 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gündüz hava əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 5-10°, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 13-18°, gündüz 2-7° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11°, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20°, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
gündüz hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 3-7° şaxta təşkil edəcəkdir.
Yollar buz bağlayacaqdır.