FHN: Ötən sutka ərzində 9 nəfər xilas edilib
Bakı, 28 sentyabr, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 9 nəfər xilas olunub. Həmçinin Şəmkir rayonunun Qapanlı kəndində “Ford” markalı yük avtomobilinin yol kənarındakı dərəyə aşması nəticəsində nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]