FİFA HƏLƏ BİLMİR Kİ, TÜRKİYƏDƏ DÖVLƏT DİLİ TÜRK DİLİDİR
Türkiyə Futbol Federasiyası bəyanat verərək, FİFA-ya xatırlatmışdır ki, Konstitusiyaya uyğun olaraq, Türkiyənin rəsmi dili türk dilidir. Federasiya FİFA-nın diqqətini “ölkənin birliyi məsələsində türklərin xüsusilə həssas olduğuna” da cəlb etmişdir.
FİFA-nın rəsmi nümayəndəsi Andreas Heren Türkiyənin NTV telekanalına müsahibəsində demişdir ki, almanaxda yol verilmiş səhvə görə “Guy Oliver-Harpastum” nəşriyyat evini təqsirləndirmək lazımdır, FİFA onunla bu almanaxın nəşri üçün müqavilə imzalamışdır. Lakin naşirlərin dediklərinə görə, onlar məlumat kitabını hazırlayarkən müxtəlif mənbələrdən, o cümlədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin saytından istifadə etmişlər.
MKİ-nin Türkiyə haqqında dosyesində bu ölkədə hansı dillərdə danışıldığı göstərilir. Onların arasında kürd dili də var. Lakin ayrıca qeyd edilir ki, Türkiyədə rəsmi dil türk dilidir.
Türkiyə Futbol Federasiyasının prezidenti Ləvənd Bıçaqçı jurnalistlərə bildirmişdir ki, “bu ciddi səhvin düzəldilməsi məsələsi FİFA-nın başçısı Blatter ilə müzakirə edilmişdir”.
FİFA-nın baş katibi Urs Lins Türkiyə tərəfindən üzr istəmiş və əmin etmişdir ki, yol verilmiş yanlışlıq futbol almanaxının yeni tirajının çapında düzəldiləcəkdir.