FIFA yeni ofsayd qaydasının tətbiqi üzərində işləyir
Bakı, 2 iyul, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni ofsayd qaydası üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" qəzeti məlumat yayıb.
Yeni qaydaya görə, ofsayd vəziyyəti yalnız hücum edən oyunçunun bütün bədəni müdafiəçidən daha çox rəqibin qapısına yaxın olduqda təyin olunacaq. Hücum edən oyunçunun bədəninin bir hissəsi müdafiəçi ilə eyni xətdə olarsa, ofsayd nəzərə alınmayacaq.
Dəyişikliyin yaxın vaxtlarda Niderland, İtaliya və İsveçin aşağı liqalarında sınaqdan keçirilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliklərin təşəbbüskarı FIFA-nın qlobal futbol departamentinin rəhbəri Arsen Vengerdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]