FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİZATİ-ALİLƏRİXANIM TARYA HALONENƏ
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Finlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Finlandiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bu yaxınlarda ölkəmizə səfəriniz, keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və ətraflı fikir mübadiləsi, imzalanan ikitərəfli sazişlər əməkdaşlığımızın inkişafında böyük rol oynayacaqdır.
Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 noyabr 2005-ci il.