Finlandiya Ukrayna üçün döyüş sursatı istehsal edəcək
Bakı, 5 dekabr, AZƏRTAC
Finlandiya Ukrayna üçün döyüş sursatı istehsalına başlamaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen “Iltalehti” qəzetinə müsahibəsində deyib.
“Ukraynanı silahlandırmaq üçün sursat istehsalını daha da artırmaqla bağlı danışıqları başa çatdırdıq. Yaxın zamanlarda bu barədə qərar qəbul olunacaq... Məqsədimiz Ukraynanı daha çox dəstəkləməkdir”, - deyə Antti Hakkanen bildirib.
Onun sözlərinə görə, məsələnin Milad bayramınadək həll olunacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]
Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib
- 06.10.2026 [16:07]
Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb
- 06.10.2026 [16:03]
Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]