Finlandiyada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü qeyd olunacaqdır
Bakı, 10 oktyabr (AZƏRTAC). Finlandiyanın Espoo şəhər bələdiyyəsinin və Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə oktyabrın 16-da Espooda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş “Azərbaycan gecəsi” adlı tədbir keçiriləcəkdir.
AZƏRTAC-xəbər verir ki, tədbirdə Espoo şəhər hökumət nümayəndələri, Türkiyə səfirliyinin nümayəndələri, Finlandiyada fəaliyyət göstərən digər xalqların diaspor təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və gənclər iştirak edəcəklər.
“Azərbaycan gecəsi”ndə FAA-nın nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatı tərəfindən Azərbaycanın tarixinə, mədəniyyətinə, milli mətbəxinə və musiqisinə dair geniş təqdimat nümayiş olunacaqdır. Həmçinin FAA-nın mədəniyyət və musiqi işləri üzrə müdiri tərəfindən hazırlanmış konsert proqramı qonaqlara təqdim ediləcəkdir.
Sonda qonaqlar Azərbaycanın milli mətbəxinin ləziz təamlarını dadmağa dəvət olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]