Firdovsi Umudov: Bu cür təlim-məşq toplanışlarını ənənə halına salmaq istəyirik
Bakı, 12 yanvar, AZƏRTAC
"Bu cür təlim-məşq toplanışlarını ənənə halına salmaq istəyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov “ASK Arena”da yeni istifadəyə verilmiş ağırlıqqaldırma bazasında Özbəkistan yığmasının hazırlıq keçməsi barədə jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi bildirib ki, bu idman üzrə güclü ölkələrdən biri sayılan Özbəkistanın nüfuzlu yarışlara hazırlaşmaq üçün Azərbaycanı seçməsi müsbət haldır: “Gələcəkdə Türkiyə və digər ölkələrin yığmaları ilə birlikdə də toplanışlar keçirməyi planlaşdırırıq. Bu yola yeniyetmələr arasında da ağırlıqqaldırmaya marağı artırmaq istəyirik. Bildiyiniz kimi, bu yaxınlarda milli komandanın sükanı arxasına rusiyalı təcrübəli mütəxəssis Maxtı Makkayev gətirildi. Qadınlardan ibarət yığmaya isə Sərdar Həsənov rəhbərlik edəcək. Onların məqsədi idmançıları qarşıdan gələn yarışlara düzgün hazırlamaqdır".
F. Umudov Azərbaycanın ağırlıqqaldırma üzrə əsas yığmalarının hazırda ölkə xaricində təlim-məşq toplanışında olduqlarını vurğulayıb: "Qadınlar Türkiyənin paytaxtı Ankarada, kişilər isə Çorum şəhərində hazırlıq keçirlər. Məqsəd qarşıdan gələn Avropa və dünya çempionatında uğurlu çıxış etməkdir. Çünki bu turnirlər bizə lisenziya qazanmaqda kömək edəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]