Azərbaycan Dövlət İnformasiya Agentliyi

Folklor İnstitutunda türkoloji folklorşünaslığın elmi-nəzəri və praktiki aspektləri müzakirə edilib

Bakı, 1 dekabr, AZƏRTAC

AMEA-nın Folklor İnstitutu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Nevşehir Hacı Bektaş Vəli Universitetinin professoru Bayram Durbilməzin “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda elmi seminarı keçirilib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbiri açan bu elmi müəssisənin direktoru filologiya elmləri doktoru Hikmət Quliyev ortaq elmi təşəbbüslərin uğurla həyata keçirilməsi üçün Bakı Yunus Əmrə İnstitutu ilə əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu söyləyib.

İnstitutun direktoru türkoloji folklorşünaslığın elmi-nəzəri və praktiki aspektlərinin sistemli şəkildə müzakirəsinin bu istiqamətin konseptual əsaslarının müəyyənləşdirilməsi baxımından vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, türkoloji folklorşünaslıq dedikdə türk xalqlarının folklor irsinin toplanması və ya təsviri nəzərdə tutulmur. Bu yanaşma Türk dünyasının vahid elmi pəncərədən dərkini, folklorun həm mətn, həm də kontekst səviyyəsində təhlilini, eləcə də folklorşünaslıq elminin ümumi nəzəri və metodoloji aspektlərinin sistemləşdirilməsini özündə ehtiva edir.

Hikmət Quliyev vurğulayıb ki, müxtəlif türk xalqlarının folklorşünaslıq ənənələri, xüsusilə də sovet dönəmində filoloji nüvəli mətn mərkəzli tədqiqat istiqamətləri üzrə inkişaf etdiyindən sahənin özünün elmi-nəzəri yanaşmalarında dünya folklorşünaslıq məktəbləri ilə fərqlər ortaya çıxıb. Beynəlxalq təcrübədə folklorun təkcə sözlü mətni deyil, əslində, “kollektivlik, ənənəvilik və variantlıq” şəklində ortaya çıxan biliyi ehtiva etdiyini qeyd edən alim məsələyə sosial-antropoloji folklorşünaslıq yanaşmaları kontekstində baxılmasının zəruriliyini vurğulayıb.

Direktor qeyd edib ki, türk xalqlarının folklor örnəklərinin semantik aspektləri, ritual-mədəni kodları, performativ və funksional tərəflərinin təhlilində mövcud problemlərin bütövlükdə türkoloji folklorşünaslıq kontekstində dəyərləndirilməsi vacibdir. Alimin fikrincə, bu sahədə müasir elmi-nəzəri yanaşmaların tətbiqi, metodoloji modellərin yenilənməsi və terminoloji uyğunluğa nail olunması Türk dünyasının folklor irsinin daha geniş inteqrativ təhlilinə şərait yaradacaq.

Sonra Bakı Yunus Əmrə İnstitutunun təmsilçisi Gökhan Seyhan çıxış edərək türkologiya və folklor sahəsindəki əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Bakı Yunus Əmrə İnstitutunun Türk dünyasının mədəni irsinin tanıdılması və qorunması sahəsində yeni təşəbbüslərə açıq olduğunu, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcəkdə ortaq layihələrin həyata keçirilməsinin faydalı olacağını bildirib.

Seminarın əsas məruzəsini professor Bayram Durbilməz təqdim edib. Alim türkoloji folklorşünaslığın əsas nəzəri çərçivələrini və müasir dövrdəki inkişafını şərh edərək, folklorun yalnız bir xalqın mədəni irsi olaraq qalmadığını, əksinə, müxtəlif mədəniyyətlər arasında ortaq bir dil və təcrübə yaradan qlobal bir fenomenə çevrildiyini vurğulayıb. O, xüsusən Türk dünyası ilə bağlı folklor əlaqələrinin zənginliyini və bu əlaqələrin türkoloji folklorşünaslıq sahəsindəki tədqiqatlarla necə formalaşdığını ətraflı şəkildə izah edib. Professor, folklorun universal aspektlərini diqqətə çatdıraraq, bu sahənin mədəniyyətlərarası əlaqələrdəki rolunun böyük əhəmiyyət daşıdığını qeyd edib.

Təqdimatında türkoloji folklorşünaslığın həm elmi, həm də praktiki tərəflərinin bir-biri ilə sıx bağlı şəkildə inkişaf etməsinin vacibliyini vurğulayan Bayram Durbilməz folkloru sadəcə sözlü ədəbiyyat və ya mədəni miras kimi deyil, həm də xalqın ümumi həyat tərzinin, sosial strukturunun və tarixi yaddaşının bir hissəsi olaraq dəyərləndirib. O, folklorun qlobal miqyasda, xüsusilə də Türk dünyasında mədəniyyətlərarası əlaqələrin qurulması və daha da dərinləşdirilməsində əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Ümumi planda folkloru “kültür” – mədəniyyət kimi xarakterizə edən professor Bayram Durbilməz türkoloji folklorşünaslıq çərçivəsində xalq yaradıcılığına yerli, milli, regional və qlobal mədəniyyətlərin qarşılıqlı əlaqəsi aspektlərindən yanaşaraq folklorun təhlilinin dörd mərhələli bir prosesdən keçdiyini vurğulayıb. Alim ilk mərhələdə yerli mədəniyyətin, daha sonra ölkə və bölgə mədəniyyətlərinin folklora təsir etdiyini və nəhayət, bütün dünya mədəniyyətinə inteqrasiya edərək qlobal folklor fenomeninə çevrildiyini ifadə edib. O, bu yanaşma ilə folklorun həm yerli, həm də universal elementləri birləşdirən çoxqatlı bir struktur təşkil etdiyini vurğulayıb.

Professor Bayram Durbilməz folklorun tədqiqində yeni yanaşmaların vacibliyini və ənənəvi metodların yanında yeni təhlil üsullarının tətbiqinin zəruriliyini bildirib. O, folklorun yalnız mətnə əsaslanaraq deyil, həm də ənənəvi və sosial kontekstlə bərabər, mədəniyyətin dinamik təbəqələrini ortaya qoyan geniş bir araşdırma şəklində təhlil edilməli olduğunu qeyd edib. Bu yeni yanaşmaların folklorun daha dərindən anlaşılmasına və onun əsl mahiyyətini üzə çıxarmasına kömək edəcəyini diqqətə çatdırıb.

Daha sonra elmi seminarda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayat folklor nümunələrinin yalnız yazılı mətnlərdən ibarət olmadığını, əslində, söyləyicinin bir mətni söylədiyi anda canlı olduğunu, yazıya alındıqdan sonra isə “ölü” mətnə çevrildiyini qeyd edib. Alim vurğulayıb ki, “bu o demək deyil ki, həmin mətnlər lazımsızdır. Onlar tekstdir. Məsələn, belə bir bənzətmə apara bilərik, ağac kontekstdir, meyvəsi isə tekstdir”. O, Türk dünyası folklorşünaslığının formalaşdırılmasında terminologiya məsələlərinin daha sistemli şəkildə araşdırılması zərurətini vurğulayıb.

Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil bu tipli mövzuların müzakirəyə təqdim olunmasının əhəmiyyətinə toxunaraq gələcək görüşlərdə təkcə ölkə çərçivəsində deyil, Türk dünyası miqyasında folklorşünasların iştirakının vacibliyini bildirib. Alim belə müzakirə platformalarında mövcud texniki imkanlardan istifadə etməklə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstandan və Qırğızıstandan olan tədqiqatçıların iştirakının vacib olduğunu və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Elmi seminarda çıxış edən filologiya elmləri doktoru Səfa Qarayev ortaq türkoloji folklorşünaslıq konsepsiyasının formalaşdırılmasının aktuallığını vurğulayaraq bildirib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və digər türk dövlətlərində formalaşmış folklorşünaslıq ənənələrinin mövcudluğuna baxmayaraq, türklük anlayışına elmi-metodoloji baxımdan aydınlıq gətirən, romantik yanaşmalardan kənar “logiya” konseptinin işlənməsi xüsusi əhəmiyyət kəsb edir. Alimin sözlərinə görə, ortaq akademik tədqiqat sisteminin qurulması üçün ilk növbədə türk xalqları üçün hansı folklorşünaslıq modelinin – ənənəvi yanaşmanın, yoxsa sosial-antropoloji istiqamətin daha məqsədəuyğun olduğunun müəyyənləşdirilməsi zəruridir.

Səfa Qarayev sosial-antropoloji folklorşünaslıq çərçivəsinin üstünlüklərini önə çəkərək qeyd edib ki, ortaq türk folklorşünaslıq konsepsiyası yalnız oxşar cəhətlərin deyil, həm də fərqliliklərin elmi təhlili əsasında formalaşdırılmalıdır. Alim, həmçinin müxtəlif türk toplumlarında yaranmış folklor örnəklərinin müqayisəli şəkildə araşdırılmasının, elmi fikir mübadiləsinin genişləndirilməsinin və dünya folklorşünaslığının metodoloji standartlarına uyğun ümumtürk elmi platformasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Seminarda, həmçinin Folklor İnstitutunun alimləri – filologiya elmləri doktoru, professor Almaz Hüseynova, filologiya üzrə fəlsəfə doktorları Elnarə Əmirli, İlhamə Qəsəbova və Qumru Şəhriyar çıxış edərək bu tipli müzakirələrin təşkilinin təqdirəlayiq olduğunu, folklorşünaslıq sahəsində əlaqələrin zənginləşdirilməsi və elmi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Sonda Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, bu seminar əslində “türkoloji folklorşünaslıq” anlayışının ilk dəfə olaraq elmi müzakirəyə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə dinlənilən məruzə və aparılan müzakirələr göstərdi ki, Türk dünyasının folklor irsinin araşdırılması üçün vahid nəzəri-metodoloji çətirin müəyyənləşdirilməsi, mövcud yanaşmaların yenidən qiymətləndirilməsi və gələcək praktik fəaliyyət istiqamətlərinin planlaşdırılması qarşıda duran mühüm elmi və elmi-təşkilati məsələlərdəndir.

“Müzakirələr göstərdi ki, müasir rəqəmsal və texnoloji imkanlar fonunda türk dünyasının folklor irsinin qorunması və tədqiqi ilk növbədə yerli rəqəmsal arxivlərin yaradılmasını, ayrı-ayrı türk xalqlarına məxsus mədəni-irs arxivlərinin formalaşdırılmasını, həmin arxivlər arasında inteqrativ əlaqələrin qurulmasını və onların vahid rəqəmsal platformada birləşdirilməsini tələb edir. Bununla yanaşı, türkoloji folklorşünaslığın nəzəri-metodoloji aspektlərinin aydınlaşdırılması üçün ümumi terminoloji bazanın formalaşdırılması və bu istiqamətdə yeni elmi yanaşmaların müzakirəsi xüsusi aktuallıq kəsb edir”, - deyə Hikmət Quliyev vurğulayıb. Alim qeyd edib ki, Türk dünyasının mədəni irsinin öyrənilməsi və təbliği sahəsində fəaliyyət göstərən qurumlarla — Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, həmçinin UNESCO-nun müxtəlif türk xalqları üzrə Milli Komissiyaları ilə əməkdaşlığın genişləndirilməsi bu sahədə koordinasiyalı elmi fəaliyyət üçün çox vacibdir. O, Türk dünyası ölkələrinin folklorşünas alimlərini bir araya gətirən ümumi elmi platformanın yaradılması və 2026-cı ildə Türkoloji Qurultayın 100 illiyi münasibətilə ortaq konfrans və simpoziumların keçirilməsi üçün müzakirələrin aparılmasının zəruriliyini qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır