Forbes: Ukrayna silahlı qüvvələri mərmi çatışmazlığı səbəbindən Rusiya qoşunlarını atəşə tuta bilmir
Bakı, 8 aprel, AZƏRTAC
Mərmi çatışmazlığı Ukrayna silahlı qüvvələrinin Rusiya hərbçilərini atəşə tutmasına mane olur.
AZƏRTAC xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ yardımının dayandırılması ilə Ukrayna artilleriya batareyaları atılan mərmilərin sayını 6 mindən 1000 endirib. Sursat çatışmazlığı səbəbindən bir çox hallarda Ukrayna qoşunları rus hücum qruplarını aşkar etmələrinə baxmayaraq, onları vura bilmir.
Həmçinin bildirilib ki, Ukrayna silahlı qüvvələrinin Avdiivkadan geri çəkilməsinə də sursat çatışmazlığı səbəb olub. Bundan başqa, hava hücumundan müdafiə raketləri yoxdur və döyüşdə zədələnmiş texnikanın təmirində gecikmələr var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]