Formula 3: “HWA” komandası yeni mövsüm üçün heyətini açıqlayıb
Bakı, 8 fevral, AZƏRTAC
Formula 3 yarışında çıxış edən “HWA” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, komanda Oliver Rasmussen ilə müqavilə imzalayıb. Danimarkalı pilot yeni mövsümdə Matteo Nannini və Rafael Villaqomes ilə birgə “HWA”ın uğurları üçün çıxış edəcəklər.
İyirmi yaşlı pilot ötən mövsümü Formula Renaultda keçirib və 6 qələbə qazanıb.
Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]