FRANSA BOKS ÇEMPİONATINDAN TOPLANAN VƏSAİT İRANDA ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKƏNLƏRƏ XƏRCLƏNƏCƏK
AZƏRTAC-ın Parisdən aldığı xəbərdə deyilir ki, ağır çəkili boksçular arasında Fransa çempionatına biletlərin satışından toplanan vəsait İranın Bəm şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərin ehtiyaclarına xərclənəcəkdir. Bu ideya zəlzələ qurbanlarına yardım fondu təsis etmiş İran mənşəli Fransa boksçusu Məhyar Münşipura məxsusdur. Puatye şəhərində keçiriləcək turnirə giriş biletinin qiyməti 1 avrodur.
Xatırladaq ki, ötən ilin dekabrında İranın cənub-şərqində baş vermiş təbii fəlakət nəticəsində 26 mindən çox insan həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]