FRANSA DÜNYA ÇEMPİONATININ KEÇİRİLMƏSİNDƏN İMTİNA ETMİŞDİR
Fransa 2009-cu ildə idmanın su növləri üzrə dünya çempionatına ev sahibliyi etmək barədə ərizəsini geri götürmüşdür. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə rəsmi bildiriş Beynəlxalq Su İdmanı Növləri Assosiasiyasının rəhbərliyinə göndərilmişdir.
Fransızlar yarışları 2012-ci ilin Olimpiadasına namizəd olan Parisdə tikilən yeni Olimpiya hovuzunda keçirməyi nəzərdə tuturdular.
Lakin milli üzgüçülük federasiyasının rəsmi məlumatında bildirilir ki, araşdırma hovuzun tikintisini 2009-cu ilədək başa çatdırmağın mümkünsüzlüyünü göstərmişdir. Layihəyə görə, Parisdə yeni üzgüçülük hovuzu 2011-ci ilin ortalarında açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]