Fransa: Marin Le Pen məhkəmə hakimlərini onu siyasi qərar əsasında cəzalandırmaqda ittiham edir
Paris, 9 aprel, AZƏRTAC
Milli Birlik (RN) partiyasının lideri Marin Le Pen ona hökm çıxaran hakimlərə qarşı ittihamlar səsləndirib.
AZƏRTAC xəbər verir ki, o, güclü qərəzin qurbanı olduğunu iddia edərək, məhkəmənin siyasi tərəfkeşliyinə işarə edib: "Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır!".
"Həqarət, qisas və məhkəmənin müxalifətə qarşı ova çıxmaq anlayışı mənim ədalət anlayışıma tamamilə ziddir”, - deyə M. Le Pen əlavə edib. İfrat sağçı deputat hakimlərin səhv edə biləcəyini hesab edir və heç nədən imtina etməyəcəyini vəd edib. Marin Le Pen 500.000 insanın onu dəstəkləmək üçün onlayn petisiyaya imza atdığını deyib.
RN-nin prezidenti Jordan Bardella 2025-ci il martın 31-nin Fransa üçün qaranlıq bir tarix olaraq qalacağını (Marin Le Penin məhkum olunduğu gün) deyərək, demokratik çöküşü tənqid edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]