FRANSADA TÜTÜN MƏHSULLARI YENİDƏN BAHALAŞIR
Komissiyanın sədri Jan-Mişel Dübernar bahalaşma ilə əlaqədar təlaş keçirənləri sakitləşdirmək üçün düzəlişin “texniki” xarakter daşıdığını, “nə deputatların, nə də dövlətin tütünün qiymətini qaldırmaq istəmədiklərini” bildirmişdir. O, qiymət artımından büdcəyə daxil ediləcək 1,5 milyard avronun vaxtilə kənd təsərrüfatında çalışmış, hazırda isə təqaüddə olan 1,9 milyon nəfərin sosial xərclərinin ödənilməsinə yönəldiləcəyini demişdir.
Xatırladaq ki, Fransada siqaretin qiyməti sonuncu dəfə keçən ilin dekabr ayında qaldırılmışdır.