FRANSADA TÜTÜNƏ ALUDƏÇİLİK HƏR İL 66 MİN ADAMIN HƏYATINA SON QOYUR
Statistikaya görə, son illər bu ölkədə nikotinə aludə adamların sayı xeyli azalaraq, 1,8 milyon nəfərə düşmüşdür. Təcrübə göstərir ki, siqaretçəkənlərin azalmasına heç də təkcə insanların öz sağlamlıqlarının qayğısına qalmaları deyil, həm də və daha çox ailə büdcələrinə qənaət etmək səbəb olmuşdur. Hazırda Fransada bir qutu siqaretin qiyməti, orta hesabla, beş avrodur. Ona görə bir çoxları həmin vərdişdən əl çəkməyi üstün tuturlar.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret çəkənlərin 84 faizi inkişaf etməkdə olan ölkələrdəndir. Əgər insanlar ötəri həzz almaq üçün bir neçə qullab vurmaqdan imtina etməsələr, Yer kürəsinin əhalisi 650 milyon nəfər azala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]