FRANSIZ SƏYYAHI GƏNCƏDƏN XOŞ TƏƏSSÜRATLA AYRILDI
İtaliya, Sloveniya, Bosniya-Herseqovina, Bolqarıstan, Türkiyə və Gürcüstandan keçərək, Azərbaycana gəlmiş tanınmış fransız səyyahı Aleksi Tardif respublikamızla ilk tanışlığa Gəncədən başlamışdır. Şəhərin bir çox tarixi yerlərini gəzdikdən sonra o, Gəncə Dövlət Universitetində tələbə və müəllim kollektivi ilə görüş keçirmişdir. Görüşdə çıxış edən fransız səyyahı ona göstərilən yüksək qonaqpərvərlikdən razı qaldığını, bu qədim Azərbaycan torpağında olmasından məmnunluğunu bildirmişdir.