FUTBOL ÜZRƏ AVROPA BİRİNCİLİYİNDƏ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ ÜÇÜN CİDDİ HAZIRLIQ GÖRÜLÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Madriddə törədilmiş terror aktının dəhşətləri bu ilin yayında qonşu Portuqaliyada keçiriləcək futbol üzrə 31-ci Avropa çempionatının təşkilat komitəsini və UEFA-nı təşvişə salmışdır. UEFA-nın prezidenti Lennart Yohansson jurnalistlər qarşısında çıxışında demişdir: “Portuqaliyada keçiriləcək Avropa birinciliyi zamanı heç bir terror aktının baş verməyəcəyinə inanmaq sadəlövhlükdür və biz terrorçuların bəd əməllər törətməyəcəyinə zəmanət verə bilmərik. Amma Portuqaliya hökuməti, UEFA və ölkənin polis təşkilatı çempionatın dinc şəraitdə keçirilməsi və təhlükəsizliyin təmin olunması üçün əllərindən gələn hər şeyi edəcəklər”. Onun sözlərinə görə, Portuqaliya polisi çempionatın davam edəcəyi günlərdə təhlükəsizliyin təmin edilməsinə ciddi hazırlıq görməkdədir. Polis və təhlükəsizlik orqanları işçilərinə çempionatın keçiriləcəyi müddətdə məzuniyyətlər verilməsi qəti qadağan olunmuşdur, çempionat günlərində hərbi hava qüvvələri ölkənin hava məkanını və sərhədlərini ciddi nəzarət altında saxlayacaqlar.
Futbol çempionatında təhlükəsizliyin təmin edilməsi işlərinə 16,5 milyon avro xərclənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]