Futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşir
Bakı, 23 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finala yüksələcək komandalar bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçlarında “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” “Neftçi”ni qəbul edəcək.
Günün ilk görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq. Qarşılaşma saat 17:00-da başlayacaq.
İlk oyunda Naxçıvan təmsilçisi Ağdam klubuna 1:0 hesabı ilə qalib gəlib.
Digər oyunda isə “Sabah” və “Neftçi” komandaları münasibətlərini aydınlaşdıracaqlar. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 20:00-da start götürəcək.
Komandalar arasında birinci duel “tələbələr”in qələbəsi ilə yekunlaşıb – 2:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]