Futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda növbəti oyunlar keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
“Marafon” idman klubunda futtennis üzrə Azərbaycan Super Liqasının “A” qrupunda yer alan komandalar növbəti oyunlarını keçiriblər.
AZƏRTAC xəbər verir ki, üçüncü tur çərçivəsində paytaxt “Atletiko”su ilə üz-üzə gələn “Yeni Günəşli” inamlı qələbə qazanıb - 2:0. Super Liqanın iddialı klublarından olan “Marafon” NUR ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb. “Yasamal”-“Xilə” matçı da eyni hesabla yekunlaşıb.
Dördüncü turda futtennis üzrə Azərbaycan kuboku yarışlarının finalçısı olan “Marafon” güclü heyətə malik “Yeni Günəşli” qarşısında tab gətirə bilməyib - 1:2. Gün ərzində ikinci dəfə mübarizəyə atılan “Atletiko” isə “Yasamal” ilə bacara bilməyib - 0:2. Üçüncü turda qalib gələ bilməyən “Xilə” bu dəfə də məğlubiyyətlə barışıb. Heyətində futbol üzrə yığma komandamızın sabiq forvardı Fərid Quliyevin çıxış etdiyi NUR komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]