FUTZAL ÜZRƏ TURNİRİN NÖVBƏTİ OYUNLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gənclər, İdman və Turizm Nazirliyi, Milli Olimpiya Komitəsi və “Azəridmanservis” müəssisəsinin birgə təşkilatçılığı ilə dövlət idarəetmə orqanları (nazirlik, şirkət və komitələr) arasında VI ənənəvi futzal üzrə turnirin növbəti oyunları keçirilmişdir.
Bakı Olimpiya İdman Kompleksində turun ilk görüşü Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və Maliyyə Nazirliyinin komandaları arasında olmuşdur. Gərgin mübarizə şəraitində keçən oyun heç-heçə (5:5) başa çatmışdır. Qrupun digər qarşılaşmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azəriqaz” Səhmdar Cəmiyyəti üzərində 5:0 hesabı ilə inamlı qələbə qazanmışdır.
Qrupda digər oyun martın 3-də Nəqliyyat Nazirliyi ilə Azərbaycan Dövlət Neft Şirkətinin komandaları arasında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]