Gecikdirilmiş 108 min manatdan çox vəsait işçilərə ödənilib
Bakı, 11 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar-fevral ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 108 min 312 manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Gecikdirilən vəsaitlərin 96 faizi əməkhaqqı, 4 faizi isə müavinət və zərərə görə ödəncdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 26 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [18:28]
AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb
- 04.06.2026 [17:59]
DSMF: Ötən ay 31 min 746 vətəndaşın müraciəti cavablandırılıb
- 04.06.2026 [17:56]
Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub
- 04.06.2026 [17:41]