Gədəbəydə avtomobilin dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 4-ü xəsarət alıb YENİLƏNİB
Gədəbəy, 3 avqust, Vüsalə Cənnətova, AZƏRTAC
Gədəbəy rayonunun Şahdağ kəndi ərazisində avtomobil qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüblər. Sürücü V. Məmmədov, sərnişinləri - 2020-ci il təvəllüdlü Amil Məmmədov, 2021-ci il təvəllüdlü Renat Məmmədov və 1995-ci il təvəllüdlü Aytən Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Gədəbəy rayonunda göstərilən tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndəriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]