Gələn il dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb
Bakı, 3 sentyabr, AZƏRTAC
2021-ci il üzrə dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin məbləği açıqlanıb.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə xərclər ilk dəfə olaraq sektorların strateji planları ilə əlaqələndirilərək proqram, sub-proqram və tədbirlərə uyğun proqnozlaşdırılıb. Büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və sair) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsil alanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsil alanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 milyard 197 milyon manat maliyyə vəsaiti nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]