RƏSMİ XRONİKA
GƏNC İSTEDADLARIN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Ağayeva Gülər İlham qızı | - | Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi |
Cəfərov Xamiz İlham oğlu | - | Bakı Xoreoqrafiya Məktəbinin şagirdi |
Kərimli Akif Kərim oğlu | - | Bakı Xoreoqrafiya Məktəbinin şagirdi |
Qəniyev Elvin Xoca | - | Türkiyənin Bilkənd Universiteti nəzdində Adnan Sayqun adına Musiqi Məktəbinin şagirdi |
Məmmədova Şəfiqə Namiq qızı | - | Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi |
Nağıyev Vaqif Vahid oğlu | - | Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi |
Sadıqzadə Zəminə Elxan qızı | - | Bakı Xoreoqrafiya Məktəbinin şagirdi |
Zeynalov Rüstəm Samir oğlu | - | Bakı şəhər 4 saylı Uşaq Musiqi Məktəbinin şagirdi |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 yanvar 2008-ci il.