Gənc musiqiçilər Kamera və orqan musiqisi zalında çıxış ediblər




















Bakı, 17 may, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində Tofiq Quliyev adına 12 saylı orta ixtisas musiqi məktəbinin və Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin şagirdlərinin iştirakı ilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi və dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və hər iki məktəbin birləşdirilmiş xor kollektivinin (bədii rəhbərlər: Nigar Talıbova və Zöhrə Həşimova) iştirakı ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Zümrüd Əlizadə, Ərtoğrul Balayev, Fizzə Həmidzadə, Aylin Kərimova (qanun), Malik Axundzadə (qarmon), Mikayıl Niftəliyev (fortepiano), Safi Rzalı (fortepiano), Aysu Gülməmmədova (fortepiano), Murad Əhməd (fortepiano), Fəridə Nəzərova (fortepiano), Qafar Həsənzadə (fortepiano), Kamal Axundov (fortepiano), Adel Qaraxanlı (fortepiano), Fatimə Təhmazlı (fortepiano), İmran Məmmədzadə (skripka), Ayan Musayeva (gitara), Səbinə Aslanova (orqan), Fərəh Axundova (fortepiano), Səid Nəzərli (fortepiano), Məryəm Babanlı (skripka), Şəms Əhmədova (fortepiano), Səid Nəzərov (vokal), Nigar Məmmədova (fortepiano), Cahan Ələkbərova (fortepiano), Fərrin Sultanova (fortepiano), Nadel Əkbərli (fortepiano) və Kərəm Həsənli (tar) dinləyicilər qarşısında çıxış ediblər.
Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Avropa və Rusiya bəstəkarlarının əsərləri də səsləndirilib.