GƏNC RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən sərgidə 15 yaşlı rəssamın 50-dən çox əsəri nümayiş olunur.
Mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Rəssamlıq Akademiyasının prorektoru Salhab Məmmədov və digərləri sərginin yüksək səviyyədə təşkilini vurğulayaraq, bu cür tədbirlərin keçirilməsinin ölkəmizdə gənc istedadların aşkar olunmasında əhəmiyyətli rol oynadığını bildirmişlər. Qeyd olunmuşdur ki, beş yaşından təsviri sənətlə məşğul olan gənc rəssamın ilk fərdi sərgisi 2001-ci ildə dövlət səviyyəsində keçirilmişdir. İdman rəqsləri üzrə bir sıra uğurlar qazanmış İlqarın adı Gənclər və İdman Nazirliyinin xüsusi istedadlar haqqında nəşr etdiyi “Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi” kitabına düşmüşdür.
Əsərləri Türkiyə, Hindistan, Böyük Britaniya, Yaponiya, Polşa və digər ölkələrin sərgi salonlarında nümayiş etdirilən İlqarın rəsmləri çoxsaylı qonaqların böyük marağına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]