GƏNC TAMAŞAÇILAR TEATRI YENİ MÖVSÜMÜ “MƏNİM AĞ GÖYƏRÇİNİM” DRAMI İLƏ AÇMIŞDIR
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrın kollektivini və tamaşaçıları təbrik etmiş, böyük tarixi ənənələri olan bu teatrın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmışdır. Əbülfəs Qarayev bu mədəniyyət ocağının daha yaraşıqlı görkəm alması və tamaşaçıların zövqünü oxşaması üçün müasir texniki avadanlıq və səhnə təchizatı ilə təmin olunacağını bildirmişdir. Təmir-quraşdırma işləri aparılan müddətdə teatr öz fəaliyyətini davam etdirəcək və müntəzəm olaraq, tamaşaçılar qarşısına yeni səhnə əsərləri ilə çıxacaqdır. Həmin vaxtda teatr öz tamaşalarını Heydər Əliyev adına Sarayda, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında göstərəcəkdir.
Sonda əməkdar incəsənət xadimi Alla Axundovanın rus dilində iki hissəli “Sirr” musiqili nağıl tamaşası göstərilmişdir. Həmin gün axşam tamaşaçılar dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” lirik psixoloji dramına baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]