Gəncə ictimaiyyətinin nümayəndələri Hacıkənd qəsəbəsində məskunlaşan xocalılarla birgə mitinq keçirmişlər
Gəncə, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Gəncə ictimaiyyətinin nümayəndələri Hacıkənd qəsəbəsində məskunlaşan Xocalı sakinləri ilə birgə mitinq keçirmişlər.
Mitinq iştirakçıları əvvəlcə qəsəbədə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə tər qərənfillər düzmüşlər. Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev çıxış edərək 20 il əvvəl erməni cəlladlarının Xocalıda törətdikləri dəhşətlərdən danışmış, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə əliyalın insanlara - qadınlara, uşaqlara, qocalara qarşı törədilən misli görünməmiş cinayət hadisəsini faktlarla mitinq iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra xocalılar, eləcə də Hacıkənd qəsəbəsində məskunlaşan Kəlbəcər, Ağdam və Şuşanın sakinləri, həmçinin gəncəlilər çıxış edərək Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırmış və onu törədənlərin cəzalarına çatacaqlarına əminliklərini bildirmişlər.
Mitinqdən sonra ehsan süfrəsi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]