Gəncədə muzey əməkdaşları üçün təlim keçiriləcək
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 11-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə muzey əməkdaşları üçün təlim təşkil olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimdə Gəncə şəhəri və ətraf rayonların muzey əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, onlara nəzəri və təcrübi biliklər qazandırmaq məqsədilə muzey işinin təşkili, fond və ekspozisiya zallarının müasir standartlara uyğun qurulması, eksponatların mühafizə qaydaları, təqdimat zamanı rəqəmsal vasitələrdən istifadə kimi mövzular ətrafında söhbət aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]