Gəncədə yabanı halda bitən çətənə kolları məhv edilib
Gəncə, 24 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Natəvan 2 qəsəbə ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ümumi çəkisi 1320 kiloqramdan artıq olan, 2676 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.