Azərbaycan Dövlət İnformasiya Agentliyi

GƏNCƏNİN 2500 İLLİYİ TƏNTƏNƏ İLƏ QEYD OLUNDU

AZƏRTAC xəbər verir ki, Gəncənin 2500 illiyi ilə əlaqədar sentyabrın 17-dən başlayan bayram tədbirləri sentyabrın 19-da təntənə ilə başa çatmışdır. Həmin gün şəhər əsil bayram libasına bürünmüşdü. Respublikamızın müxtəlif bölgələrindən dəvət olunmuş qonaqlar da bayram tədbirlərinə qatılmışdılar. Gəncənin qədim gerbi əks olunan monumentin qarşısında başlanan şəhər ictimaiyyəti nümayəndələrinin mitinqini Gəncənin Nizami Rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayev açaraq mərasim iştirakçılarını bayram münasibətilə təbrik etdi.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov geniş nitq söylədi, respublikamızda ilk dəfə qeyd olunan Şəhər gününün keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi və bu münasibətlə ölkəmizin başçısı İlham Əliyevin gəncəlilərə təbrikini çatdırdı.

Sonra Gəncə Dövlət Universitetinin rektoru, professor Mübariz Yusifov

dedi ki, aparılan elmi tədqiqatlar Gəncənin 2500 yaşı olduğunu sübut etmişdir. Qədim Gəncənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən rektor, belə bayramların əhəmiyyətini xüsusi vurğuladı.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı gənclər birliyinin üzvü Namiq İmanquliyev, ölkəmizdə və eləcə də Gəncədə aparılan böyük quruculuq işlərindən danışdı, müstəqil respublikamızın iqtisadi qüdrətinin artırılmasında gənclərə böyük imkanlar açıldığını iftixar hissi ilə qeyd etdi və şəhər gəncləri adından respublikamızın Prezidentinə minnətdarlığını bildirdi.

Rusiya Federasiyasının və Gürcüstanın Azərbaycandakı səfirləri Vasili İstratov və Zurab Qumberidze mitinqdə çıxış edərək, belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun qaldıqlarını bildirdilər və gəncəliləri əlamətdar yubiley münasibətilə təbrik etdilər.

Sonra musiqi sədaları altında Azərbaycanın dövlət bayrağı meydana gətirildi. Respublikamızın dövlət himni səsləndirildikdən sonra hərbçilər və süvarilər Azərbaycanın və Gəncənin gerbləri əks olunmuş monumentin qarşısından keçdilər, əsgərlər yaylım atəşi açdılar.

Rəsmi hissənin sonunda şəhər ictimaiyyəti nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti oxundu. Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Biz, Gəncə şəhərinin 2500 illiyi münasibətilə ümumşəhər miqyasında keçirilən bayram tədbirinin iştirakçıları gündən-günə inkişaf edən, möhkəmlənən müstəqil Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunmasında xidmətlərinizi yüksək qiymətləndirir, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə apardığınız ardıcıl və məqsədyönlü fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Fərəh hissi ilə bildiririk ki, məhz Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyimiz qorunub saxlanılmış, möhkəmlənmiş, torpaqlarımıza yönələn təcavüzün qarşısı alınmış, haqq işimizin dünya ictimaiyyətinə çatdırılması yolunda prinsipial və qətiyyətli addımlar atılmış, həyatımızın bütün sahələrində əsaslı islahatlara başlanmış, hüquqi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsinə zəmin yaranmışdır. Doğma Azərbaycanın qədim diyarlarından biri olan Gəncənin sakinləri ümummilli lider Heydər Əliyevin fədakarcasına həyata keçirdiyi möhtəşəm quruculuq işlərini unutmur, Nizami yurduna bütün səfərlərini böyük ehtiramla yad edirlər.

Ulu öndərimizin Gəncəyə hər gəlişinin növbəti inkişaf və tərəqqiyə zəmin yaratdığını böyük sevgi ilə xatırlayan qədirbilən gəncəlilər həmin dövrdə neçə-neçə nəhəng müəssisələrin, istehsal sahələrinin, təhsil, mədəniyyət, idman və s. obyektlərin istifadəyə verilməsinin şahididirlər.

Biz çox şadıq ki, ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətti və iqtisadi inkişaf strategiyasını Siz böyük uğurla və ləyaqətlə davam etdirirsiniz.

Möhtərəm cənab Prezident!

Bu gün ölkəmizdə böyük vüsət almış abadlıq işlərinin davam etməsi, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin işə düşməsi, yeni sosial obyektlərin tikintisi, məktəblərin, xəstəxanaların təmiri, yeni iş yerlərinin yaradılması, Sizin bilavasitə rəhbərliyiniz sayəsində hazırlanmış “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi, bunun bariz nümunəsi olaraq qədim Gəncədə müasir hava limanının, müalicə-diaqnostika mərkəzinin, 21 nömrəli məktəbin inşa edilməsi, 37 və 39 nömrəli məktəblərin əsaslı təmiri gəncəlilərin ürəyindən xəbər verir və bu möhtəşəm işlərə görə Sizə minnətdarıq.

İnkişaf və tərəqqi yolunda olan qədim Gəncə bu gün öz simasını yaxşılığa doğru dəyişir, müasirləşir, onun küçə və meydanları, park və xiyabanları əsaslı təmir olunur. Bütün bu işlərlə bərabər, milli mənəvi dəyərlərimizdən olan tarix və mədəniyyət abidələrimizə də qayğı artırılır. Bunun bariz nümunəsidir ki, Sizin tövsiyə və tapşırığınız, Heydər Əliyev Fondunun yaxından köməyi ilə şəhərimizdə 11 məscid və Nizami Gəncəvinin məqbərəsi əsaslı təmir olunmuş, Heydər Əliyev xatirə muzeyi, Cavad xan məqbərəsi, Comərdi Qəssab türbəsi inşa edilmiş, ümummilli liderimizin adını daşıyan meydanda onun əzəmətli abidəsi ucaldılmış, musiqili fəvvarə quraşdırılmışdır.

Tarixi görkəmini saxlamaqla müasirləşən Gəncədə yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi, “Şir”, “Günəş” abidələrinin, Gəncə şəhərinin gerbi əks olunmuş monumentin yaradılması, yaşıllıqların salınması, Yeni Gəncə qəsəbəsində ticarət mərkəzinin inşası istiqamətində görülən tədbirlər şəhərimizdə quruculuq işlərinin uğurla davam etdiyini göstərir.

Möhtərəm Cənab Prezident!

Bütün xalqımız kimi, gəncəlilər də Sizin əzmlə həyata keçirdiyiniz uzaqgörən daxili və xarici siyasəti ürəkdən dəstəkləyir, qədim Gəncəyə göstərdiyiniz əvəzsiz qayğıya görə dərin təşəkkürünü bildirir, Azərbaycanın xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırlar”.

X X X

Sonra yubiley tədbirləri şəhərin ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi meydanında davam etdirildi. On minlərlə gəncəli və qonaqlar burada folklor kollektivlərinin çıxışlarına, rəssamların qədim Gəncənin mənzərələrini əks etdirən əsərlərdən ibarət sərgiyə, sirk ustalarının maraqlı nömrələrinə, kəndirbazların və idmançıların nümunəvi çıxışlarına baxdılar. Musiqi kollektivlərinin, rəqs qruplarının çıxışları da tədbir iştirakçılarına sevinc bəxş etdi.

Axşam isə meydanda daha böyük bayram sevinci yaşandı. AzTV-nin Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi bayram konsertində respublikamızın tanınmış incəsənət ustaları, müğənnilər yubiley tədbirinin iştirakçılarına böyük ovqat bəxş etdilər. Konsertdən sonra bayram atəşfəşanlığı oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək