GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir Azərbaycan futbolunda islahatlar aparılmasına köməyə görə FİFA və UEFA-nın rəhbərliyinə, şəxsən Marsel Bentsə təşəkkür edərək bildirdi ki, bu islahatlar həm Azərbaycan qanunlarına, həm də FİFA və UEFA-nın nizamnamələrinə, beynəlxalq hüquqa riayət edilməklə gerçəkləşdirilmişdir. İslahatların aparılmasında dövlətin rolundan danışarkən Ə. Qarayev dedi ki, AFFA-nın rəhbərliyi dəyişildikdən sonra bu istiqamətdə məqsədyönlü iş görülür. Artıq 10 stadion təmir edilmişdir, yaxın günlərdə ölkəmin müxtəlif şəhərlərində daha 15 futbol meydanı beynəlxalq standartlara uyğun vəziyyətə gətiriləcəkdir.
Ə. Qarayev bildirdi ki, Azərbaycan futbolunun inkişafına dair dövlət proqramı hazırlanır və onun layihəsi FİFA və UEFA-ya təqdim olunacaqdır.
UEFA-nın nümayəndəsi Marsel Bents vurğuladı ki, beynəlxalq və Avropa futbol federasiyalarının rəhbərliyi Azərbaycanda futbolun inkişafında maraqlıdır və yerli futbolda islahatların aparılmasında AFFA-ya hər cür yardım göstərəcəkdir.
Görüşdə AFFA-nın prezidenti Ramiz Mirzəyev iştirak edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]