Gənclər Qarabağ bölgəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirmişlər
Bakı, 26 fevral (AZƏRTAC). Gənclər üçün Təhsil Mərkəzinin regional ofislərinin, o cümlədən xarici ölkələrdə təhsil alan əməkdaşlarının təşkilatçılığı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirmişlər.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Ağcabədi rayonunda yerləşən Qarabağ bölgəsi üzrə ofisi fevralın 26-da Xocalı soyqırımı ilə bağlı yekun tədbir keçirmişdir.
Ofisin rəhbəri Radə Qafarova bildirmişdir ki, fevral ayının 20-dən başlanan aksiyalara minlərlə gənc qoşulmuşdur. Aksiyalarda yetişməkdə olan gənc nəslə, o cümlədən məktəblilərə Xocalı soyqırımı haqqında dolğun məlumatlar verilmiş, sənədli filmlər nümayiş etdirilmiş və zəruri materiallar paylanmışdır.
Geniş məlumatlandırma işini təşkil etmək məqsədilə bir sıra dövlət qurumları tərəfindən təqdim edilmiş 10 adda CD və kitablar orta məktəblərin kitabxanalarına təqdim olunmuşdur.
Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatı sədrinin müavini Nazim Bünyadov, icra hakimiyyəti ərazi ilk partiya təşkilatının sədri Eldəniz Qəmbərov, mərkəzin əməkdaşları Qəmzə Əkbərova, Samir Babayev, Xəyal Səfərov və başqaları gəncləri erməni vəhşiliklərinə qarşı mübarizədə bir olmağa və dövlət müstəqilliyinin qorunmasına xidmət etməyə çağırmışlar.
Qeyd edək ki, fevralın 26-da mərkəzin nümayəndələri Avropanın müxtəlif ölkələrində, o cümlədən İstanbulun Taksim meydanında Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş aksiyalarda fəal iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]