General Mark Milli: ABŞ və Çin münaqişə deyil, konfrontasiya vəziyyətindədir
Bakı, 6 iyun, AZƏRTAC
ABŞ və Çin bir-biri ilə rəqabət aparır və güman ki konfrontasiya vəziyyətindədir, lakin onlar arasında münaqişə yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli CNN telekanalına müsahibəsində söyləyib. O deyib: “Biz müəyyən rəqabət şəraitindəyik, yəqin ki konfrontasiya mərhələsində, amma hələ ki münaqişəmiz yoxdur”.
Millinin sözlərinə görə, Çin ilə ABŞ arasında müharibə qaçılmaz deyil. Rəqabət vəziyyəti ilə bağlı status-kvonu saxlamaq vacibdir. Bunun üçün ölkələrin bir-biri ilə əlaqə saxlaması və böhran zamanı deeskalasiyaya cəhd göstərməsi lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]