Geri Dümulən: Azərbaycan musiqi alətləri muzeyimizin kolleksiyasını daha da zənginləşdirəcək
Brüssel, 18 dekabr, AZƏRTAC
“Azərbaycanın trio qrupu milli musiqilərini bütün zənginliyi ilə bizə təqdim etdi. Musiqi alətlərinin bütün imkanlarını, çalarlarını əyani şəkildə göstərdilər. Tarın, kamançanın, eləcə də xanəndənin ifası əsrarəngiz idi”.
Bu fikirləri Azərbaycan musiqi alətlərinin Brüssel Kral İncəsənət və Tarix Muzeyinə təqdim edilməsi mərasimində musiqişünas və Musiqi Alətləri Muzeyinin Qərb nəfəs və zərb alətləri kolleksiyasının kuratoru Geri Dümulən AZƏRTAC-a müsahibəsində deyib. O, konsertin böyük əhəmiyyət daşıdığını qeyd edib. “Baroque and More” təşkilatı haqqında ətraflı məlumat verərək, bu təşkilatın muğam musiqisi ilə maraqlandığını və bu təşkilat sayəsində bu gün möhtəşəm muğamı dinlədiklərindən məmnun olduqlarını bildirib. Azərbaycan milli musiqi alətlərinin Brüssel Kral İncəsənət və Tarix Muzeyinin kolleksiyasını zənginləşdirdiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]