GİMNASTİKA FEDERASİYASININ YENİ PREZİDENTİ SEÇİLMİŞDİR
Milli Olimpiya Komitəsində Azərbaycan Gimnastika Federasiyasının seçki konfransı keçirilmişdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Əbülfəz Qarayev, idman veteranları konfransda çıxış edərək, federasiyanın fəaliyyətinin canlandırılmasının və vaxtilə beynəlxalq yarışlarda xeyli mükafatlar qazanmış Azərbaycan gimnastlarının keçmiş şöhrətini dirçəltməyin zəruriliyini vurğulamışlar.
Ölkənin ictimai həyatında böyük təcrübəyə malik olması və federasiya üzvlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, “Azərbaycan Mədəniyyətinin dostları Fondu”nun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir.
Mehriban xanım Əliyeva ona göstərdikləri etimada görə federasiya üzvlərinə öz minnətdarlığını bildirmiş və konfrans iştirakçılarını əmin etmişdir ki, ölkəmizdə idmanın bu növünün inkişafı üçün səylərini əsirgəməyəcəkdir.
AZƏRTAC --0--AG
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]