İDMAN
Gimnastımız Alina Gözəlova dünya kuboku yarışlarında topla çıxışını başa vurub
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641844335838222_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641844878250308_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641841924013546_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641844813263226_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641843133248180_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_161682064184382796684_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641841027815142_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641842921156417_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/w_1616820641844359656615_1200x630.jpg)
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan təmsilçisi Alina Gözəlova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında topla çıxışını başa vurub.
AZƏRTAC xəbər verir ki, gimnastımızın topla təsnifat çıxışı hakimlər tərəfindən 30,950 xalla qiymətləndirilib.
Hazırda idmançımız təsnifat mərhələsində üçüncü pillədə qərarlaşıb.
Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.
Turnirdə ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq yeddinci dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.