GORANBOYDA YENİ KÖRPÜ İSTİFADƏYƏ VERİLMİŞDİR
Goranboy rayonunun Şadıllı kəndini iki yerə bölən Kürəkçay üzərində uzunluğu 160, eni isə 3 metr olan yeni körpü istifadəyə verilmişdir. Beləliklə, kənd sakinlərinin uzun illərdən bəri davam edən problemlərinə son qoyulmuşdur. Hər iki sahil arasında gediş-gəliş yaxşılaşmışdır. Açılış mərasimində çıxış edən kənd sakinləri Novruz bayramı günlərində onlara bu sevinci bəxş edən xeyirxah insanlara minnətdarlır etmişlər.