Göyərtəsində əksəriyyəti ukraynalı dənizçilər olan gəminin batması nəticəsində iki nəfər ölüb
Kiyev, 11 mart, AZƏRTAC
Qara dənizdə Komor adaları bayrağı altında üzən və göyərtəsində ukraynalı dənizçilər olan “Volgo Balt 179” gəmisinin batması nəticəsində iki nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko məlumat verib.
Məlumata görə, gəmidəki 13 dənizçi Ukrayna vətəndaşıdır. Onlardan ikisi ölüb. Ölənlərdən birinin meyiti tapılaraq dənizdən çıxarılıb, digərinki isə axtarılır.
Gəminin Rusiyanın Rostov-Don limanından Rumıniyanın Konstansa limanı istiqamətində hərəkət etdiyi bildirilir. Gəmidəki heyətin 13 üzvündən biri qadın olub. Onların 10-u sahilə çıxarılıb. Qadın yaralanıb. Xilas edilənlərin səhhəti yaxşıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]