GTZ CƏNUB BÖLGƏSİNDƏ İŞ ADAMLARINA KÖMƏK GÖSTƏRƏCƏKDİR
GTZ-nin “Özəl sektorun inkişafı” layihəsinin əməkdaşları Sahibkarlığa Kömək Milli Fondundan kreditlərin alınması üçün biznes planlarının hazırlanmasında müəssisələrə kömək göstərmək və digər kredit təşkilatları ilə əlaqə yaratmaq məqsədi ilə respublikamızın cənub bölgəsində özəl müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmuşlar.
Cəmiyyətin əməkdaşı İlqar Ümidov AZƏRTAC-ın müxbirinə demişdir ki, kreditlər alınması üçün biznes planları tərtib edilərək müvəkkil banklara təqdim olunacaqdır.