GÜCLÜ QAR AVROPANI İFLİC ETMİŞDİR
Belçikada normadan artıq yağan qar yollarda çoxlu qəzalara səbəb olmuşdur. İki nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.
Fransanın Vande şəhərində 17 min ev elektrik işığından məhrum olmuş, Brötan rayonunda 120 ağır yük maşını yollarda ilişib qalmış, Qrenobl sakini şaxtadan dünyasını dəyişmiş, bir çox magistral yol tamamilə bağlanmışdır.
Parisə yağan qar nəticəsində ən böyük hava limanı olan Şarl de Qolda 23 uçuş ləğv edilmiş, bəzi təyyarələrin uçuşu bir neçə saatlığa təxirə salınmışdır. Azərbaycan Hava Yollarının təyyarəsi Bakıya vaxtından 3,5 saat gec yola düşmüşdür. Məşhur Eyfel qülləsi müvəqqəti olaraq turistlərin üzünə bağlanmışdır.
Ölkənin hava məlumat bürosu pis hava şəraitinin bir neçə gün davam edəcəyini bildirmiş və əhalini ehtiyatlı olmağa çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]