GÜRCÜ-OSETİN MÜNAQİŞƏ BÖLGƏSİNDƏ VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB
Aksiya dekabrın 5-də də davam etmiş, bölgədə avtomobil və piyadaların hərəkətləri dayandırılmışdır. Münaqişə bölgəsində yerləşdirilmiş Rusiya sülhməramlıları təhlükəsizliyi təmin etmək, gözlənilən fitnəkarlığın qarşısını almaq məqsədi ilə iki keçid-buraxılış məntəqəsini bağlamalı olmuşlar. Oğurlanıb qətlə yetirilənlərin qohumları osetinlərin onların cənazələrinin qaytarılması üçün çox böyük məbləğdə pul tələb etdiklərini bildirirlər.
Xatırladaq ki, dekabrın 3-nə keçən gecə münaqişə zonasında güclü atışma baş vermişdir. Buna görə də tərəflər bir-birini ittiham edirlər.