GÜRCÜSTAN ARXEOLOQLARI BTC BORU KƏMƏRİNİN ÇƏKİLDİYİ ƏRAZİDƏ QƏDİM XARABALIQ TAPMIŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Axalsixe rayonu ərazisində arxeoloji qazıntılar aparan Gürcüstan arxeologiya mərkəzinin ekspedisiyası Valedə daha bir qədim xarabalıq aşkara çıxarmışdır. Ekspedisiyanın rəhbəri İrina Qambaşidzenin sözlərinə görə, xarabalıq Corotani adlanan sahədə yerləşir. Burada orta əsrə aid qəbirlər vardır. Mütəxəssislər arxeoloji işlərin həcmini müəyyənləşdirir, bundan sonra isə qazıntıların başlanacağı bildirilir. Bu sahə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçəcəyi dəhlizdə yerləşir.
Hazırda arxeoloji ekspedisiya Klde kəndi yaxınlığında tədqiqat işləri ilə məşğuldur. Arxeoloqlar orada ilk xristianlıq dövrünün xarabalıqlarını aşkar etmiş, qızıl bəzək əşyaları və digər məişət alətləri tapmışlar. Axalsixedə işlər başa çatdırıldıqdan sonra ekspedisiya Borjomi rayonu ərazisinə keçərək arxeoloji qazıntı işlərinə başlayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]