Gürcüstan Avropa İttifaqı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
Tbilisi, 11 mart, AZƏRTAC
Martın 16-da Brüsseldə Avropa İttifaqı-Gürcüstan Assosiasiya Şurasının toplantısı keçiriləcək.
Gürcüstanı bu tədbirdə Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani məlumat verib.
Onun sözlərinə görə, görüşdə Aİ ilə Gürcüstan arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunacaq, qarşılıqlı əlaqələrə yenidən baxılacaq.
D.Zalkaliani toplantıda, həmçinin işğal altındakı ərazilərdəki vəziyyət, bölgədəki geosiyasi proseslər, Gürcüstanda cari siyasi vəziyyət və digər məsələlərin də nəzərdən keçiriləcəyini qeyd edib.
O, Baş nazir İ.Qaribaşvilinin Brüsselə səfəri çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə də görüşəcəyini söyləyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]