Gürcüstan əhalisinin sayı 4 milyona yaxınlaşır
Tbilisi, 25 iyun, AZƏRTAC
Gürcüstanda 2024-cü üzrə əhalinin siyahıyaalınmasının ilkin nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü il noyabrın 14-nə olan vəziyyətə görə, ölkə əhalisinin sayı 3 milyon 914 min nəfər təşkil edib.
Əhalinin 2 milyon 78 min nəfərini (təxminən 53 faiz) qadınlar, 1 milyon 836 min nəfərini (47 faiz) isə kişilər təşkil edir.
Bundan başqa, əhalinin 2 milyon 423 min nəfəri (62 faiz) şəhərlərdə, 1 milyon 491 min nəfəri isə (38 faiz) kənd yerlərində yaşayır. Regionlar üzrə isə Tbilisi istisna olmaqla, şəhər tipli yaşayış məntəqələrində ən yüksək pay sahibi Acarıstandır (66 faiz).
Əhalinin şəhərdə yaşama göstəricisi Mtsxeta-Mtianetidə 20 faiz, Kaxetidə 21 faiz, Raça-Leçxumi və Kvemo Svanetidə isə 24 faiz təşkil edir.
Siyahıyaalmanın nəticələrinə görə, Tbilisidə Gürcüstan əhalisinin 34 faizi yaşayır. Əhalinin sayına görə ikinci yerdə İmereti (12,9 faiz), üçüncü yerdə isə Kvemo Kartli (11,2 faiz) qərarlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]