GÜRCÜSTAN ƏRAZİSİNDƏ BTC-NİN MÜHAFİZƏÇİLƏRİNİ ATƏŞƏ TUTMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın Tetrisxaro (Ağbulaq) rayonunun sakini B.Valerian və Qardabani rayonunun sakini B.David Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan sahəsinin mühafizəçilərinə odlu silahdan atəş açmışlar. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə adları çəkilən şəxslər gecədən xeyli keçmiş Zalqa rayonunun Beştaşen kəndi yaxınlığındakı ərazidə “Ural” markalı avtomobildən kəmərin mühafizəçilərinə atəş açmış, eyni zamanda onları yaxalamaq istəyən polis əməkdaşlarına silahlı müqavimət göstərmişlər. Tutulanlardan “Makarov” tipli tapança və “Çörçill” sistemli ov tüfəngi müsadirə edilmişdir.
Hadisə ilə bağlı cinayət işi qaldırılmış, prokurorluq istintaq aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]