Gürcüstan iqtisadiyyatına qoyulan investisiyalar 52,9 faiz azalıb
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstan iqtisadiyyatına qoyulan investisiyaların həcmi əsaslı dərəcədə azalıb. Keçən il ölkə iqtisadiyyatına cəmi 616,9 milyon ABŞ dolları birbaşa xarici investisiya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında deyilib.
Bildirilir ki, bu da illik müqayisədə 52,9 faiz azdır. Hesabat ilində ən çox investisiya maliyyə, dağ-mədən sənayesi, daşınmaz əmlak, istehsal və tikinti sahələrinə yatırılıb.
Qeyd olunur ki, 2020-ci ildə Gürcüstan iqtisadiyyatına ən çox Böyük Britaniya (307,8 milyon dollar), Niderland (172,1 milyon dollar) və Türkiyə (108,1 milyon dollar) sərmayə qoyub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]