Gürcüstan parlamenti 2026-cı ilin dövlət büdcəsi layihəsinə düzəlişlər edib
Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstan parlamenti “2026-cı ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə bir sıra düzəlişlər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Laşa Xutişvili parlamentdə məlumat verib. Onun sözlərinə görə, 2026-cı ildə real iqtisadi artım proqnozu 5 faiz, ortamüddətli dövr üçün isə 5,3 faiz səviyyəsində nəzərdə tutulur. Gələn il üçün ÜDM deflyatoru proqnozu 4 faiz, növbəti illərdə isə 3 faiz olacaq.
Nazir bildirib ki, 2026-cı ilin icmal büdcəsinin xərclər hissəsi 35,5 milyard lari təşkil edir və bu çərçivədə dövlətin bütün maliyyə öhdəlikləri tam şəkildə təmin olunur.
Laşa Xutişvilinin sözlərinə görə, Gürcüstanın 2026-cı il dövlət büdcəsinin ümumi gəlirləri 30 milyard 290,8 milyon lari, dövlət büdcəsindən ayrılacaq vəsaitin həcmi isə 30 milyard 475,9 milyon lari müəyyən edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]